“Onlar yaşadığm çətinlikləri bilmirlər”
"Sən özün üçün arzulaya bilərsən ki, ay Allah, mənə bədbəxt həyat nəsib elə, işsiz qalım? Bunu heç birimiz arzulamırıq. Sadə bir qız üçün elçi gələndə valideynləri soruşur ki, evi, avtomobili, işi varmı?! Sən ailəni hansı büdcə ilə saxlayacaqsan?”
Musavat.com xəbər verir ki, bu sözləri müğənni Ayan Babakişiyeva "ATV maqazin onlarla" verilişində açıqlamasında deyib. Müğənni yaşadığı çətinliklərdən də danışıb:
“Mənə deyirlər ki, sən nə həyat yaşamısan?! Ay balam, axı sən bilmirsən mən necə həyat yaşamışam, hansı ailədə böyümüşəm, hansı çətinliyi çəkmişəm?!"
Müğənni "Ərə getmək fikriniz varmı?" sualına "Bəli, ərə getməyi düşünürəm. Yavaş-yavaş hər şey öz yoluna düşür. İnşallah olar" - deyə, cavab verib.
Qeyd edək ki, Ayan Babakişiyevanın Selena adlı qızı var.