"Özünü kamera qarşısında mələk kimi göstərirdi"

Şou-biznes
25 Oca 2021
20:40



Xalq artisti Flora Kərimova "Xəbər-ətər" proqramında qonaq olub.
Axin.az Axşam.az-a istinadən xəbər verir ki, müğənni çəkilişlərdən birində adını açıqlamadığı Xalq artisti haqda etiraf edib:

"10 il bundan əvvəl bir çəkilişdə idik. İncə, nazik bir obrazda Xalq artisti dayanmışdı. Arada bir pərdə görünürdü, asanlıqla o qadına söz demək mümkün deyildi. Elə oldu ki, operator nəyisə səhv etdi və təzədən çəkməli olduq. Operator kameranı bağlamadı. Onun üzünü görüb, sözlərini eşidərdiniz: qışqırırdı. Məəttəl qaldım. Elə ki, dedilər çəkilişə başlayırıq, elə bir dona girdi ki: mələk. Orada görünür ki, davranışının acığını çıxdılar. Həmin yerləri efirdə göstərdilər. Həmin insanı indiyənə qədər görəndə, elit görünməyə çalışanda, gülməyim tutur. Ona nə hörmətim olacaq? Ondan nə öyrənəcəksən?".