Tanınmış ekstrassens, “İnstagram” fenomeni Bayram Nurlu səhhətində problem yaranan Xalq artisti Rafiq Hüseynovu (Rəmiş) ziyarət edib.
Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, o, sənətçinin həyat yoldaşı Gülünün hər zaman onun qulluğunda durduğunu yazıb:
“İllərlə gəlib-getdiyim qonaqpərvər ailə. Mənim çox sevdiyim sənətkar, Allah sizə şəfa versin. Canım Gülü anam, siz çox böyük ürəyə malik, fədakar qadınsınız. 24 saat sənətkarımızın qulluğundasınız. Tanrım onu sizə çox görməsin. Mən sizin üçün hər zaman dualarımla və əlimdən nə gəlirsə etməyə hazıram. Bu cür sənətkarlara dəyər vermək lazımdır, uşaqlığımızdan bu günə ruhumuzu musiqi ilə gözəlləşdirən qızıl xatirələrdir. Allah qorusun sizi. Vallah, mən çox kövrək insanam, Gülü xalanın ağlamağını gördüm internetdə çox üzüldüm. Çünki sənətkardan başqa heç kimi yoxdur. Düzdür biz də onun yaxını kimiyik, amma evin adamının yerini heç kəs verməz”.