Türkiyəli aktyor Ali Sunalla ailəli olan azərbaycanlı vəkil Nazlı Sunal paparassilərin qızının fotosunu çəkməsinə əsəbiləşib.
Axin.az xəbər verir ki, o, media nümayəndələrindən yayımladıqları şəkilləri silmələrini xahiş edib:
"Bu səhər qəzetlərdə qızımız Narinlə evimizin çimərliyində dənizə girərkən çəkilən fotolarımızı gördük. Balaca bir uşağın çılpaq şəkillərini qəzetdə görmək xoşumuza gəlmədi".