Aktrisa Hazal Kaya “Youtube” kanalında yayımlanan İbrahim Selim ilə “Bu gecə” proqramının qonağı olub.
Axin.az xəbər verir ki, Hazal səmimi açıqlamaları ilə diqqət çəkib. Yenicə ana olan aktrisa karantində evdə qalmağın ona çətin olmadığını və buna öyrəşdiyini bildirib. Kaya hətta ana olmağı çox sevdiyini vurğulayıb:
“Ana olmaq gözəl hissdir. Bundan sonra 2 və 3-cü uşağı da doğa bilərəm. Elə bil, illərdir ana olmağa hazır idim. Anam və yoldaşımı mən sakitləşdirirəm. Uşaq ağlayanda narahat olmuram. Öyrəşmişəm. Bütün bunlar xoşuma gəlir. Dünən ilk dəfə üzümə güldü, ağladım”.
Yaradıcılıq haqqında da sualları cavablandıran aktrisa bu günə qədər ən yaxşı tərəf müqabilinin adını da çəkib:
“İşlədiyim bütün dostlarımı sevirəm. Amma bu günə qədər keyflə işlədiyim tərəf müqabilim Kıvanç olub. Çağatayla anlaşa bilmirdik. Çünki o da yenicə gəlmiş sənətə, mən də. Yaşımız da az idi. Aras Bulut, Burak Özçivit, bunları da sevirəm. Kıvanç Tatlıtuğdan isə çox şey öyrənmişəm. Qardaşım kimi sevirəm onu. Ona görə, Kıvanç deyirəm”.