"ASAN Müraciət İnformasiya Sistemi" haqqında Əsasnaməyə edilmiş son dəyişikliklə bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bu qərara əsasən, ASAN Müraciət sistemində fəaliyyət göstərən qurumların siyahısına Kəlbəcər rayonunda yerləşən Bərpa, Tikinti və İdarəetmə Xidməti də daxil edilib.