Qərbi Azərbaycan İcması, Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildəki çıxışına istinad edərək BMT Baş katibi Antonio Quterreşə məktub göndərib. Həmin çıxışda Ter-Petrosyan, etnik təmizləmə və işğalçılığı Ermənistanın dövlət siyasəti kimi təsdiqləyərək, azərbaycanlıların Ermənistandan qovulmasını tarixi nailiyyət adlandırmışdı.
Bu məktub BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının rəsmi sənədləri arasında yayımlanıb. Qərbi Azərbaycan İcması bəyan edib ki, bu addım Ermənistanın törətdiyi cinayətlərin beynəlxalq hüquqi çərçivədə təsdiqlənməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Eyni zamanda, İcma bu məsələni regional və beynəlxalq təşkilatların, eləcə də insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının diqqətinə çatdırmaq üçün səylərini davam etdirəcəyini vurğulayıb.