Azərbaycan Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Kobaxidze mətbuata bəyanatlarla çıxış edirlər.
*** 13:40
Dövlət başçısının rəsmi saytı xəbər verir ki , Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin təkbətək görüşü keçirilir .
* * * 10:34
Gürcüstanın baş naziri İrakli Kobaxidze Azərbaycana işgüzar səfərə gəlib.
Azərbaycanın və Gürcüstanın dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
İrakli Kobaxidzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.