Nə üçün bu qərar Bakının razılığı olmadan verilir? - Zaxarova
Siyasət
16-01-2025, 17:45
Moskva, Ermənistandakı Avropa Birliyinin (AB) missiyasına mənfi yanaşdığını ifadə edib.
Axın.az-ın APA-ya istinadən verdiyi məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bu mövzu ilə bağlı keçirilən brifinqdə öz fikirlərini bölüşüb.
Zaxarova bildirib ki, AB missiyası Cənubi Qafqaz regionunda xarici və yad element hesab olunur.
“Biz inanırıq ki, Cənubi Qafqaz regionundakı problemlərin həlli üçün xarici müdaxiləyə ehtiyac yoxdur. Bu məsələlər region ölkələrinin birgə və kollektiv səyləri ilə həll oluna bilər. Amma bir sual ortaya çıxır: AB əgər regionda sabitlik yaratmağa bu qədər önəm verirsə, niyə missiyanın yerləşdirilməsi və mandatının uzadılması qərarları Bakının razılığı olmadan qəbul edilir? Niyə regionun sabitliyinə xüsusi marağı olan əsas tərəfdaşların fikirləri nəzərə alınmır?” – deyə o, sual edib.