Azərbaycan, Qəzza zolağında münaqişə tərəfləri arasında atəşkəsin əldə olunmasını və girovların azad edilməsi barədə razılaşmanı müsbət qarşılayır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi X sosial şəbəkəsində paylaşım edib.
Bəyanatda vurğulanıb ki, Azərbaycan razılaşmanın bütün tərəflər tərəfindən hörmətlə qarşılanacağına və bölgədəki əzabların sona çatacağına ümid edir.
Həmçinin, Azərbaycan BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əsaslanaraq İsrail-Fələstin münaqişəsinin iki dövlət həllini dəstəklədiyini bildirib. Bu istiqamətdə beynəlxalq ictimaiyyətlə birgə səylərin davam etdiriləcəyini ifadə edib.