BMT-nin Azərbaycandakı nümayəndəsi: “Qəlbimiz Türkiyə ilə döyünür” - FOTO
Siyasət
10-02-2023, 13:00
BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Türkiyənin Bakıdakı səfirliyində matəm kitabına ürək sözlərini yazıb.
O, bu barədə “Twitter” səhifəsində bildirib.
“BMT-nin Azərbaycandakı ofisi adından Türkiyə səfirliyində matəm kitabına ürək sözlərimi yazdım. Qəlbimiz çətin durumda olan Türkiyə xalqı ilə döyünür. BMT yardım səylərini dəstəkləməyə tam sadiqdir”, - paylaşımda deyilir.