Azərbaycan Prezidenti: “Biz Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq”

28 1-10-2022, 13:30 Siyasət



“Azərbaycan və Avropa İttifaqı arasında enerji sahəsində imzalanmış Memoranduma əsasən biz Avropaya qaz ixracını iki dəfə artırmağı planlaşdırırıq”.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimində çıxış edərkən bildirib.

Qaz ixracının artırılması üçün bütün potensial olduğunu vurğulayan dövlətimizin başçısı deyib:

“Biz TANAP kəməri ilə nəql olunan qaz ixracının 16 milyard kubmetrdən 32 milyard kubmetrə, eləcə də TAP kəməri ilə isə 10 milyard kubmetrdən 12 milyard kubmetrə qədər genişləndirilməsi ilə bağlı tərəfdaşlarımızla məsləhətləşmələrə artıq başlamışıq. Çünki bunu etmədən əlavə qazın ixracı çətin olacaq”.

XƏBƏR LENTİ