Prezident İlham Əliyev Sofiyada Yunanıstanın Baş naziri ilə görüşüb - FOTO

36 1-10-2022, 12:00 Siyasət



Oktyabrın 1-də Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə enerji sahəsində əməkdaşlıq məsələlərinə toxunulub, bu xüsusda TAP layihəsinin əhəmiyyəti vurğulanıb. Həmçinin Yunanıstan ilə Bolqarıstan arasında istifadəyə veriləcək təbii qaz interkonnektorunun əhəmiyyəti qeyd olunub.

Eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun vacibliyi bildirilib.

11:12

Oktyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstanın paytaxtı Sofiyada Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis ilə görüşüb.

Bu barədə AZƏRTAC məlumat yayıb.


XƏBƏR LENTİ