FHN başqa tender ortağı tanımır? - Bu fakt ARAŞDIRILMALIDIR...

FHN başqa tender ortağı tanımır? - Bu fakt ARAŞDIRILMALIDIR...
Az əvvəl DİA.AZ olaraq FHN-də şübhəli tenderlərlə bağlı informasiya yaymışdıq.

Kəmaləddin Heydərovun müəmmalı `ŞAHDAĞ` SEVDASI... - İcazə verin, şübhələnək...

Yazıda da qeyd olunurdu ki, nədən FHN rəhbərliyi "Şahdağ Təchizat" MMC-ni az qala bütün tenderlərdə qalib elan edir.

Elə bu yazımızın "tüstüsü çəkilməmiş" FHN-nin daha bir tenderi ilə bağlı nəticələri ictimailəşdi.

DİA.AZ bildirir ki, bu dəfə Fövqəladə Hallar Nazirliyi Maddi Texniki-Təchizat İdarəsi şəxsi heyət üçün səhra geyim dəstlərinin və digər müxtəlif növ yumşaq inventarların satın alınması üzrə tenderin qalibini açıqlayıb.

Bəli, yenə də O! Yenə də "Şahdağ Təchizat"! Nəticələrə görə, 2 950 826 manatlıq tenderin qalibi "Şahdağ Təchizat" MMC-dir.

Hər halda, hörmətli Kəmaləddin Heydərovun sözügedən MMC-yə nədən bu qədər aludə olmasını dövlətin müvafiq qurumları araşdırsa daha yaxşı olar...

Bizimlə əlaqə saxlayın