“Azərbaycan və Türkiyə Naxçıvanda “Sarsılmaz qardaşlıq-2021” təliminə start verib. Təlim iki ölkə arasında imzalanmış hərbi əməkdaşlıq sazişinə əsasən keçirilir, lakin özündə konkret mesajları da ehtiva edir”.
Bu barədə KONKRET.az-a açıqlamasında siyasi şərhçi Asif Nərimanlı bildirib. O qeyd edib ki, İran Culfa-Aslandüz-Muğan istiqamətində təlimlər keçir. Türkiyə Naxçıvanda bu təlimlərə başlamaqla Tehrana başa salmaq istəyir ki, Azərbaycana qarşı təhdid ona yönəlib: “Hətta Türkiyə PUA-larının İranla sərhəddə kəşfiyyat uçuşları həyata keçirdiyinə dair məlumatlar da yayılmışdı. İranın Arazboyu təlimlərinə mesaj elə Araz çayının üzərindən verilir. “Sarsılmaz qardaşlıq-2021” təlimi çərçivəsində bayraqdəyişmə mərasimi Araz çayı üzərindəki “Ümid” körpüsündə baş tutub”.
Müşviq Tofiqoğlu