axin.az

SON DƏQİQƏ

Saakaşvili Gürcüstana qayıdacaq? – Salome Samadaşvili ilə MÜSAHİBƏ

9-09-2021, 13:18



Oktyabrın 2-də Gürcüstanda bu ölkədə xüsusi əhəmiyyət kəsb edən yerli seçkilər keçiriləcək. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili vətəninə məhz seçki günü - oktyabrın 2-də gələcəyini açıqladı. Bununla yanaşı, gürcüstanlı jurnalistlər qeyd edirlər ki, bu, Mixail Saakaşvilinin ona qarşı bir neçə cinayət işinin başladığı Gürcüstana qayıtmaqla bağlı yeddinci vədidir. Və Saakaşvili özü də xaricdə yaşayan həmvətənlərini doğma ölkələrinə gəlməyə çağırdı.

Axın.az bildiri ki, Oxu.Az “Lelo-Gürcüstan üçün tərəfdaşlıq” parlament fraksiyası rəhbərinin müavini, Gürcüstanın Avropa İttifaqındakı keçmiş səfiri Salome Samadaşvili ilə söhbətləşib.

Keçmişdə o “Vahid milli hərəkat” partiyasının liderlərindən biri idi, ona “Mixail Saakaşvilinin partiyasının siması” deyirdilər.

- Gürcüstanda keçirilən yerli seçkilərdə bu qədər səs-küyün yaranmasının səbəbi nədir? Aydındır ki, bu, Tbilisi və digər şəhərlərin meri postları uğrunda mübarizədir, lakin gərginlik seçki yarışında qalib gəlməklə əldə edilə biləcək bonusları üstələyir.

- Yerli seçkilər xüsusi əhəmiyyət kəsb edir. 2021-ci ilin aprelində Avropa İttifaqı və ABŞ-ın vasitəçiliyi ilə Avropa Şurasının Prezidenti Çarlz Mişelin himayəsi altında bir müqavilə imzaladıq. Bu, siyasi sənəddir, orada qeyd edilir ki, hakim partiya - və bu da “Gürcü arzusu”dur - yerli seçkilərdə 43 %-dən az səs toplayırsa, növbədənkənar parlament seçkiləri keçirilməlidir.

Bir müddət sonra “Gürcü arzusu” bu müqavilədən çıxdığını açıqladı və bu təəccüblü deyil. Onlar 43 % səs toplaya bilməyəcəklərini anladılar və tərəfdarlarını erkən seçkilərin olmayacağına inandırmağa çalışdılar. Amma beynəlxalq tərəfdaşlarımız və müxalifət hesab edir və deyir ki, bu saziş qüvvədədir.

Əgər hakim partiya yerli seçkilərdə 43 % səsi toplaya bilməsə, onda növbədənkənar parlament seçkilərini tələb edəcəyik. Düşünürəm ki, beynəlxalq birlik təşəbbüsümüzü dəstəkləyəcək.

- Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili artıq dünyanın hər yerindən gürcüləri çağıraraq, seçki günü 2 oktyabrda ölkəyə gələcəyinə söz verib. Belə bir dönüşü gözləməyə dəyər?

- Bilmirəm. Mixail Saakaşvili Gürcüstana gəlişi ilə bağlı dəfələrlə açıqlamalar verib. Görək necə olacaq, mühakimə etmək mənim üçün çətindir. 2 oktyabrı gözləyək.

- Reytinqlər barədə soruşmadan keçə bilmirəm. Sosioloji sorğunun nəticələrinə əsasən, hakim “Gürcü Arzusu” partiyası 47 % göstərici ilə öndədir və onun əsas rəqibi “Vahid milli hərəkat” 25 % reytinqə sahibdir.

- Fərqli sorğular fərqli nəticələr verir (gülümsəyir - red.). Beynəlxalq təşkilatlar, məsələn, IRI və digərləri tərəfindən aparılan araşdırmalar göstərir ki, “Gürcü arzusu” yerli seçkilərdə ehtiyac duyduğu 43 %-dən hələ çox uzaqdır.

Nair Əliyev


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA