ABŞ-ın keçmiş prezidenti Donald Tramp hazırkı dövlət başçısı Co Baydenin “Taliban” radikal dinçi hərəkatı qarşısında diz çökdüyünü söyləyib.
Axın.az bilidirir ki, Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Alabama ştatında tərəfdarları qarşısında çıxış edən Donlad Tramp vaxtilə “Taliban”nın siyasi ofisinin rəhbəri Əbdül Qəni Baradarla apardığı müzakirələr barədə danışıb.
Həmin vaxt mən ona belə də söylədim: "Bax Əbdül, biz sizin özünüzə dəhşətli terror təşkil edərik. Amerikalılara toxunmayın, heç vaxt bizim ölkəyə də gəlməyin. Özünüz isə vətəndaş müharibəsinin içində olacaqsınız. Mən bununla bağlı heç nə edə bilməzdim. Bu adamlar yüz illərdir savaşırlar, indi də onu davam etdirirlər”,- deyə eks-prezident bildirib.
Donald Trampın sözlərinə görə, danışıqların gedişində taliblər ABŞ-ın bir çox tələblərini qəbul etmişdilər. Lakin daha sonra hakimiyyətə Co Bayden gəldi və “diz üst çöküb “nə istəyirsiznizsə aparın” dedi. “Rəzalət... biz bu dünyada ən alçaldıcı hadisənin şahidi olduq”, - deyə o, qeyd edib.