axin.az

SON DƏQİQƏ

“Taliban”ın ələ keçirdiyi Kabildən qaçmaq istəyən Əfqanıstan sakinləri hava limanına axın etdilər - VİDEO

16-08-2021, 11:04

“Taliban”ın ələ keçirdiyi Kabildən qaçmaq istəyən Əfqanıstan sakinləri hava limanına axın etdilər - VİDEO


“Taliban” radikal hərəkatı tərəfindən tamamilə nəzarət altına alınan Əfqanıstanda xaos hökm sürür.

Artıq paytaxt Kabilə gələn və hakimiyyəti təhvil almağa hazırlaşan “Taliban”dan qaçmağa çalışan insanlar paytaxt Kabildəki hava limanına üz tutublar.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə paylaşılıb.

Görüntülərdən aydın olur ki, aeroport yolunda dəhşətli avtomobil tıxacı var, hava limanına getmək istəyənlərə atəş açılır. Aeroportda isə əsl “apokalipsis” yaşanır.

İnsanlar bir-birilərini əzərək hətta təyyarələrin yük yerlərinə doluşmağa çalışırlar ki, nə yolla olursa-olsun ölkədən çıxa bilsinlər.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA