axin.az

SON DƏQİQƏ

Peskov: “Qarabağla əlaqəli Azərbaycanla təmaslar davamlıdır”

8-07-2021, 16:11



Qarabağ məsələsində Azərbaycanla əlaqələr daim üçtərəfli razılaşmaların icrası çərçivəsində həyata keçirilir.

Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskvada Vladimir Putinlə Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyan arasında baş verən görüşdən sonra Azərbaycan tərəfi ilə hər hansı bir danışıqların planlaşdırılıb-planlaşdırılmayacağına dair sualı cavablandırarkən deyib.

“Azərbaycan tərəfi ilə təmaslar davamlı şəkildə aparılır. Hamı üçtərəfli müqavilələrin müddəalarının həyata keçirilməsinin çox vacib olduğunu və alternativinin olmadığını qəbul edir. Və bu icra çərçivəsində həm Ermənistan tərəfi, həm də Azərbaycan tərəfi ilə təmaslar qurulur”, - deyə Peskov qeyd edib.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA