Rusiyada SSRİ-nin qələbəsinin inkarı qadağan edildi

Siyasət
10 May 2021
15:19


Rusiya Duması nasist Almaniyası üzərində qələbədə SSRİ-nin rolunun inkarını qadağan edən qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Virtualaz.org bildirir ki, bu məlumat Rusiya Dumasının saytında yer alıb.

Qanun layihəsi Rusiya Prezidenti Vladimir Putinin dəstəyi ilə “Vahid Rusiya” Partiyası tərəfindən hazırlanıb.

Sənəd qəbul olunsa da, qanunu pozanların necə cəzalandırılacağı qeyd edilməyib.