ABŞ bizimlə Qara dənizdən Qafqaza qədər... - Çavuşoğlu

Siyasət
10 May 2021
11:55


Görürük ki, ABŞ bizimlə yalnız Liviya və Suriyada deyil, Aralıq dənizindən Qara dənizə və Qafqaza qədər bir çox sahədə əməkdaşlıq etməyə hazırdır.

Axın.az xəbər verir ki, bu açıqlama ilə Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu çıxış edib.

"ABŞ Suriyada bizimlə daha yaxşı işləmək istəyir. Liviya ilə daha çox maraqlanırlar. Əvvəlki rəhbərliyin bölgəmizə marağı az idi.

Artıq yeni hökumət var", - Çavuşoğlu qeyd edib.