Ermənistanın sabiq prezidentləri və Qarabağdakı separatçılara rəhbərlik etmiş şəxslər arasında gizli görüş keçirilib.
Azvision.az xəbər verir ki, bu barədə “Joxovurd” nəşri yazıb.
Məlumata əsasən, görüş Levon Ter-Petrosyan, Robert Koçəryan, Serj Sarkisyan, Arkadi Qukasyan və Bako Saakyan arasında təşkil olunub. Onlar Qarabağda müharibədən sonrakı vəziyyətlə bağlı müzakirələr aparıb, eyni zamanda məxfi qərar qəbul ediblər:
“Görüş zamanı ən yaxın adamların belə bilməyəcəyi vəd edilən son dərəcə gizli qərar qəbul olunub”.