Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali komissarı Cozef Borrell Rusiyanı təhlükəli qonşu adlandırıb.
"RİA Novosti” agentliyi xəbər verir ki, o, bu barədə NATO ölkələrinin xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısında deyib.
Bununla belə, Cozef Borrell əlavə edib ki, Rusiya ilə vacib mövzularda təmasda olmaq mütləqdir:
"Bizim İranın nüvə sazişi və iqlim dəyişikliyi kimi ümumi maraqlarımız var”.