Xəbər verdiyimiz kimi, bu gün keçirilən hakim Yeni Azərbaycan Partiyasının (YAP) qurultayında Partiyanın yeni İdarə Heyəti formalaşıb.
Axin.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, yeni İdarə Heyətinə seçilənlərdən biri də Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovdur.
Qeyd edək ki, E.Qasımov 1999-cu ildən YAP Siyasi Şurasının üzvüdür.