Mehriban Əliyeva YAP sədrinin birinci müavini təyin edilib

Siyasət
5 Mar 2021
16:35


Mehriban xanım Əliyeva Yeni Azərbaycan Partiyasının (YAP) sədrinin birinci müavini təyin edilib.

Axin.az "Report"-a istinadən xəbər verir ki, bununla bağlı YAP Sədri İlham Əliyev sərəncam imzalayıb.

Qeyd edək ki, YAP-ın yeni Nizamnaməsinə uyğun olaraq, partiya sədri İlham Əliyevin sərəncamı ilə Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
10.04.2021
19:20
Abasovun Honda dərdi