İlqar Məmmədov YAP-dakı dəyişikliklərdən danışdı: “Bizdən öyrənirlər“

Siyasət
5 Mar 2021
16:16


“YAP daha səmərəli partiya idarəçiliyini REAL-dan öyrənir”.

Axin.az Yenisabah.az-a istinadən xəbər verir ki, bunu REAL Partiyasının sədri İlqar Məmmədov deyib. O qeyd edib ki, ötən il apardıqları struktur dəyişikliyini bu gün YAP təkrarlayıb:

“Özünün ali seçkili orqanını buraxdı və bizim idarəetmə modelinə keçdi. Əsas fərq odur ki, partiya sədrini onlarda Qurultay seçir, bizdə isə Qurultayın seçdiyi ali orqan. Bu, sədr funksiyasını bizdə daha kollegial, daha demokratik edir. Sovetin partiya modellərindən tədricən bütün partiyalar uzaqlaşacaq. REAL bu dəyişikliyin də önündə gedir”.
10.04.2021
19:20
Abasovun Honda dərdi