''Ermənistan hakimiyyətində baş verənlər, Qarabağda yeni hadisələrin başlamasına və onların 10 noyabrda imzalanan bəyannamənin şərtlərini pozmağa, hər hansı bir təxribata şərait yaratmamalıdır''.
Bu sözləri Metbuat.az-a özəl açıqlamasında Türkiyəli general Yücel Karauz deyib.
Bəs əgər Ermənistan hakimiyyətində hər hansı bir dəyişiklik olarsa,bu 10 noyabr bəyannaməsinin şərtlərini poza bilərmi?
''Əgər Ermənistanda hakimiyyət dəyişikliyi olarsa da bu imzalanan bəyannamənin pozulmasına səbəb olmayacaqdır.
Çünki Ermənistan diaspora və Rusiyanın qırıntılarından qidalanan bir dövlətdir. Onların sonunun öncədən fəlakət olduğu bəlli olan işə cəhd etmələri 20 il və daha uzun bir müddətdə hakimiyyətin çökməsinə səbəb olacaqdır.
Mən düşünürəm ki,10 noyabr bəyannaməsinin şərtlərini pozacaq qədər ağılsız bir hərəkətə nümayiş etdirən şəxs hakimiyyətə gəlməyəcəkdir''.
General deyir ki, Ermənistanda baş verən hadisələri yalnız Ermənistan üçün dəyərləndirməmək lazımdır.
"Bildiyiniz kimi Paşinyan hakimiyyətə gəlmədən öncə Rusiyanın idarəsində olan bir klan hakimiyyətdə idi. Paşinyan Qərb dünyasının hazırladığı Ermənistan üçün yeni bir layihə idi.
Böyük Vətən müharibəsindən sonra Paşinyan və onun əleyhdarları heç vaxt görmədiyi bir məğlubiyyətin şahidi oldular.
Ermənistanın həm iqtisadi,həm siyasi, həm də sosial olaraq hər sferada indiki vəziyyətə gəlməsi üçün Qarabağ savaşında yaşadığı böyüş çöküş zəmin yaratdı.
Ermənistanın yaşadığı bu hadisələrin kökündə Qərb və Moskva arasında həmçinin Dağlıq Qarabağda hakimiyyətə təsir uğrunda gedən mübarizələrə də daxildir''.
Paşinyan meydanda baş verənlər qarşısında oturduğu kreslosundan imtina edəcəkmi?
"Bu yaşanan hadisələr bir müddət davam edəcəkdir amma Paşinyanın hakimiyyətdən gedəcəyini düşünmürəm. Müxalifətin meydanlarda göstərdiyi tamaşanın bir o qədər gücü yoxdur.
Bu insanlar bir zamanlar Xocalıda törədilən qətliamın günahkarlarıdır. Onları hiddətləndirən Dağlıq Qarabağ və yeddi rayonun azad edilməsi oldu. Bu insanlar Paşinyanı hakimiyyətdən devirəcəcək iqtidarda deyillər. Bizim üçün əsas olan Qafqazda sülhün və sabitliyin pozulmamasıdır.