Məhkəmə-Hüquq Şurasına yeni üzv təyin edilib

Siyasət
23 Şub 2021
11:57


Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilib.

Trend-in məlumatına görə, bununla bağlı məsələ parlamentin bu gün keçirilən iclasında müzakirə edilib.

Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.