“Ədliyyə Nazirliyinin beynəlxalq əməkdaşlıqları çərçivəsində xaricdə olan şəxslər Azərbaycanda olan mülki məsələlərlə bağlı sənəd əldə edə bilirlər”.
Axin.az “Report”-a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyi Beynəlxalq əməkdaşlıq idarəsinin rəisi Adil Əbilov 2020-ci ilin yekunlarına həsr olunmuş videokonfransda deyib.
Onun sözlərinə görə, xaricdə olan şəxslərin Azərbaycanda doğulması, pensiya, əmək, əmlak, aiment və s. məlumatlar ala bilməsi mümkündür:
“Əməkdaşlıq çərçivəsində cinayət sahəsində də müəyyən mübadilələr aparılır. Buna xaricdə olan cinayət işləri üzrə Azərbaycanda hansısa şahidin dindirilməsi, müvafiq sənədlərin əldə edilməsi və s. məsələlər daxildir”.