İsrailin Azərbaycandakı səfiri Corc Dik Şəhidlər xiyabanını ziyarət edib.
Axin.az “Report”-a istinadən xəbər verir ki, o, bu barədə tvitter hesabında yazıb.
“Qara Yanvar qurbanlarını yad etmək üçün soyuq havada bu qədər çox azərbaycanlının - kişilərin, qadınların, uşaqların gəldiyini görmək çox xoş idi. Bu xalqın birlik və hörmət ruhu bu hadisələrin qurbanlarının xatirəsinə hörmət göstərmələrində də özünü göstərir”, - diplomat yazıb.