Yerevanda Paşinyana görə müxalifətçiyə hücum edilib

Siyasət
17 Kas 2020
10:31
Yerevanda Paşinyana görə müxalifətçiyə hücum edilib
Ermənistanın "Adekvad" müxalifət partiyasının üzvü, "Bloqnyuz" xəbər saytının rəhbəri Konstantin Ter-Nakalyan ölkənin baş nazirinin mövqeyi ətrafında yaranan mübahisəyə görə naməlum şəxslərin hücumuna məruz qalıb.

Bu barədə “oxu.az” xarici mətbuata istinadən xəbər verir.

"Konstantin Ter-Nakalyan hücuma məruz qaldı. İki naməlum şəxs Nikol Paşinyanın mövqeyini müdafiə edərək küçədə onunla münaqişə yaratdı. Onun üzünə və ayağına soyuq silahla zərbələr endirilib", - hüquq müdafiəçisi Ruben Melikyan özünün feysbukdakı səhifəsində bildirib.

Onun sözlərinə görə, hücuma görə məsuliyyət vətəndaş toqquşmalarını başlayan Paşinyanın üzərinə düşür.