COVID-19 virusundan sağalan Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov xəstəliyin ilkin əlamətlərindən danışıb.
Russia.tv-yə açıqlama verən Kremlin mətbuat katibi bildirib ki, koronavirusun ilkin simptomları qriplə oxşardır:
“Virusa yoluxduğumu təxmin etdiyim gün idman zalında bir saat yarım məşq etmişdim. Fiziki və mənəvi vəziyyətimdən zövq alırdım”.
D.Peskov deyib ki, bir gün sonra hərarəti qalxıb:
“Qoxu və dad hissini itirmək qeyri-adi hissdir. Çiyələklə toyuq ətinin dadını ayırd edə bilmirsən”.
Qeyd edək ki, COVID-19 virusundan müalicə alan D.Peskov mayın 25-də xəstəxanadan evə buraxılıb. Lakin həkimlər prezidentin sözçüsünə hələ də karantin rejimində qalmağı tövsiyə ediblər.