Ermənistanda koronavirusun qarşısının alınması məqsədilə fövqəladə vəziyyət rejiminin müddəti daha 30 gün uzadılıb.
“axin.az” “Aysor”a istinadən xəbər verir ki, Ermənistan hökumətinin aprelin 13-də keçirilən növbədənkənar iclasında bu barədə qərar qəbul olunub.
Bildirilib ki, rejim aprelin 14-ü saat 17:00-dan mayın 14-ü saat 17:00-dək davam edəcək.
Qeyd edək ki, Ermənistanda 1 039 nəfər koronavirusa yoluxub, 14 nəfər isə ölüb.
Hökumətin qərarı parlamentin aprelin 14-də keçiriləcək iclasında müzakirə olunacaq.