Azərbaycan İslam Partiyasının funksioneri Fəraməz Abbasov əfv edilib.
"Axin.az" xəbər verir ki, Prezident İlham Əliyevin aprelin 6-da imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamda F.Abbasovun da adı var.
Qeyd edək ki, 1955-ci il təvəllüdlü Abbasov Fəramiz Zeynal oğlu Bakı Ağır Cinayətlər Məhkəməsinin 2011-ci il 7 oktyabr tarixli hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, Cinayət Məcəlləsinin 28, 214.2.1-ci (terrora hazırlıq) və 29, 278-ci (hakimiyyəti zorla ələ keçirməyə cəhd) maddələri ilə təqsilrli bilinib.