Milli Məclisə seçkilərlə əlaqədar MSK-nın “Qaynar xətt”inə 261 müraciət daxil olub.
“Axin.az” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.
MSK sədri qeyd edib ki, müraciətlərə baxılacaq və araşdırılacaq: “Mən xoşagəlməz halların baş verməsini hiss edib, MSK-ya müraciət edənlərə minnətdarlığımı bildirirəm”.