Ötən həftə Kiyevdə və İvano-Frankovsk vilayətində yeni növ koronavirusa yoluxma halları aşkar edilib.
Referans.az oxu.az-a istinadən bildirir ki, bu barədə bazar ertəsi, avqustun 5-də Ukrayna Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyul ayında ölkədə "Omicron FLiRT" koronavirusunun yeni subvariantına üç yoluxma halı qeydə alınıb. Mövcud peyvəndlər və gücləndiricilər effektiv olaraq qalır, lakin onlar yeni ştammdan qorumurlar.
Xatırladaq ki, ÜST hələ FLiRT-nin təhlükələri ilə bağlı konkret qiymətləndirmə aparmayıb. Son həftələr Kiyevdə COVID-19-a yoluxma halları xeyli artıb. İyulun əvvəli ilə müqayisədə koronavirusa görə xəstəxanaya yerləşdirilənlərin sayı çoxalıb.
Axın.az