axin.az

SON DƏQİQƏ

ÜST: “Delta” ştammı antikovid tədbirlərini qabaqlayır”

19-08-2021, 14:12


Müxtəlif ölkələrdə səhiyyə sistemlərinin koronavirusun “Delta” ştammına qarşı effektiv mübarizə üçün gücü çatmır.

Bunu Cenevrədə keçirilən ənənəvi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sədri Tedros Adanom Qebreyesus bəyan edib.

O bildirib ki, “Delta” variantı koronavirus əleyhinə tədbirləri, dünya ölkələrinin kollektiv reaksiyasını qabaqlayır.

Həmçinin, təşkilat rəhbəri vaksin çatışmazlığı yaşayan ölkələrdə xəstəliyə qarşı mübarizənin gücləndirilməsinin vacibliyindən danışıb.

Qebreyesus dünya dövlətlərini aşağı və orta gəlirli ölkələrin xeyrinə əlavə vaksin dozalarından imtina etməyə çağırıb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA