Finlandiyada ötən sutkada koronavirusdan daha 5 ölüm və virusa 65 yoluxma hadisəsi qeydə alınıb.
“Axin.az” xəbər verir ki, bunu ölkənin Səhiyyə və Sosial İnkişaf Qurumu açıqlayıb.
Məlumata görə, ümumilikdə ölkədə yoluxanların sayı 5 738-ə, ölənlərin sayı isə 260-a çatıb. Ölənlərin orta yaşı 84-dür.
Yoluxma hallarının çoxu paytaxt Helsinkidə qeydə alınıb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,9 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 271 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.