Rumıniyada son sutkada koronavirusa yoluxanların sayı 270 nəfər artıb.
“Axin.az” "RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rumıniya Nazirlər Kabineti yanında Koronavirusla bağlı vəziyyət üzrə Strateji Ünsiyyət Qrupuna istinadən “Digi 24” telekanalı məlumat yayıb.
Bildirilib ki, virusa yoluxanların sayı 14 107-yə çatıb. Ölkə üzrə 858 pasiyent ölüb. 5 788 pasiyent isə sağalıb.
Qeyd edək ki, Rumniyada koronavirusa görə fövqəladə vəziyyət rejimi tətbiq olunub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,7 milyonu ötüb. Bunların 1,2 milyon nəfərdən çoxu sağalıb, 258 mindən çoxu isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.