İspaniyada son bir gündə koronavirusa yoluxanların sayı açıqlanıb.
“axin.az” xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölkədə daha 5 252 nəfərə koronavirus diaqnozu qoyulub və beləliklə İspaniyada infeksiya daşıyıcılarının sayı 188 068-a yüksəlib.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 2 192 000-i ötüb. Bunların 554 214 nəfəri sağalıb, 147 360 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.