axin.az

SON DƏQİQƏ

Qiymət artımı davam edəcək... - Bəs qida və sənaye mallarının qiymətindəki surətli artımın səbəbi nədir?

17-02-2021, 11:43



İstehlak bazarında qiymətlərin sürətlə artmasında müharibənin rolu varmı, yoxsa ancaq yanacağın qiymətinin artması bu qədər sürətli artıma səbəb olur?..

İqtisadçı-ekspert: “Qiymət artımının bir neçə səbəbi var. Amma obyektiv səbəbi dizel yanacağının qiymətində olan artımdır”.

“Təqribən mart, aprel, may aylarında yeni bahalaşma gözlənilir. Bu bahalaşma yerli məhsulların istehsalında və bazara çıxarılmasında dizelin yeni qiyməti ilə bağlı olacaq”.

Bu sözləri iqtisadçı-ekspert Natiq Cəfərli qida və sənaye mallarındakı qiymət artımının səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Son zamanlar Azərbaycanda bahalaşma sürətli tendensiya ilə həyata keçirilməkdədir. Çörəkdən tutmuş bir çox qida və sənaye mallarının qiyməti 10-25 faiz arasında artıb və qiymət artımı da davam edir. Bahalaşan malların siyahısına “Azərsun” şirkətinin istehsalı olan duru yuğlar başçılıq edir. 1 litrlik qarğıdalı yağının qiyməti 4 manatdan 5 manata yüksəlib (bahalaşma 25%).

“Azərsun”, “Avrora” və digər şirkətlərin istehsalı olan qəndin qiyməti 1 kiloqram üçün 1,40 manatdan 1,60-1,70 manata yüksəlib (bahalaşma 14-21%). Şəkər tozunun qiyməti isə topdansatışdı 1 kiloqram üçün 92 qəpikdən 1,08 manata, pərakəndə satışda isə 1 manatdan 1,10 manata yüksəlib (bahalaşma 10-17%). “Avrora” şirkətinin topdansatdığı unun qiyməti 1 kiloqram üçün 1,15 manatdan 1,30 manata yüksəlib (bahalaşma 13%).




Yumurtanın qiyməti 2-3 qəpik artaraq 15 qəpikdən 17,5 qəpiyə yüksəlib (bahalaşma 13-20%) Südün 1 litrinin qiyməti isə orta hesabla 10-15 qəpik yüksəlib (bahalaşma 8-10%).

Lakin qiymət artımı təkcə qida sektorunu əhatə etmir. Xidmət sektorunda və sənaye mallarında da ciddi artım var. Misal üçün son iki həftədə taksilərin qiyməti təqribən 50% artıb. İlkin təlabata aid olan bir çox sanəyə mallarında da qiymətlər dəyişir və artım 20%-sən yüksəkdir.

Sürətli qiymət artımını nəylə əlaqələndirmək olar? Bu artımda müharibənin rolu varmı, yoxsa ancaq yanacağın qiymətinin artması bu qədər sürətli artıma səbəb olur?

Qida və sənaye mallarındakı qiymət artımını PİA.az-ın əməkdaşı iqtisadçı-ekspert Natiq Cəfərli ilə müzakirə edib.

Natiq Cəfərli: “Ölkədə rəqabət mühitinin olmaması, ya da çox aşağı olması qiymət artımında mühüm rol oynayır”.

Mart, aprel, may aylarında yerli məhsulların bazara çıxarılması ilə bazarda yeni bahalaşmanın olacağını proqnozlaçdıran ekspert bunu dizelin qiymətinin kəskin bahalaşması ilə əlaqələndirib:

“Qiymət artımının bir neçə səbəbi var. Amma obyektiv səbəbi dizel yanacağının qiymətində olan artımdır. Çünki dizel yanacağı loqistikanı xeyli bahalaşdırdı. Təbii ki, daşıma və əkinlərə texniki xidmət qiymətlərinin artması məhsulun maya dəyərinin yüksəlməsinə və qiymətlərin artımına təkan verən əsas faktordur.

Təssüf ki, bu proses hələ yeni başlayır. Təqribən mart, aprel, may aylarında yeni bahalaşma gözlənilir. Bu bahalaşma yerli məhsulların istehsalında və bazara çıxarılmasında dizelin yeni qiyməti ilə bağlı olacaq. Hələlik isə qiymətlərin artımını yaradan səbəb daşınma xərcləri olaraq görünür. Lakin dizelin qiyməti həmçinin ümumilikdə istehsal prossesinə təsir edir. Yəni əkində, biçində, toplanmada dizelin rolu xüsusi əhəmiyyət daşıdığından, fermerlərin də istehsal etdiyi malların qiyməti avtomatik artacaq.



İkinci mühüm səbəblərdən biri dünya bazarlarında ərzaq qiymətlərinin indeksinin yüksək olmasıdır. Yəni 2019-cu ilə nisbətən ərzaq indeksinin dünyada 10 faizə yaxın bahalaşmasını gördük. Bu da onda görə oldu ki, pandemiya bəzi ölkələrin qapanmasına, ərzaq təhlükəsizliyinə fikir verməsinə səbəb oldu. Həmçinin də bəzi ölkələr öz ölkələrinin ərazilərində bəzi məhsulların ixrac edilməsinə ya qadağa qoydular, ya da rüsumları yüksəltdilər. Məsələn fevralın 1-dən Rusiya buğdalıq taxılın ixracatında hər tonuna 25 avro olan rüsumu 50 avroya qaldırdı. Bu səbəblər də ərzaq qiymətlərinin qalxmasına səbəb olur.

Natiq Cəfərli: “Adətən noyabrdan başlayaraq yeni il bayramlarına qədər bir qiymət artımı olur. Yeni ildən sonra isə Novruz bayramına qədər növbəti qiymət artımının dalğasını yaşayırıq”.

Ərzaq məhsullarında qiymətlərin qaldırılmasının digər səbəbləri isə Azərbaycanda illərdir davam edən xroniki problemlərlə bağlıdır. 10-15 ili analiz edərək biz görürük ki, noyabrdan başlayaraq yeni il bayramlarına qədər bir qiymət artımı olur. Yeni ildən sonra isə Novruz bayramına qədər növbəti qiymət artımının dalğasını yaşayırıq.

Bunun iki səbəbi var. Birinci səbəb odur ki, yerli məhsulların saxlanması problemi var. Bu ciddi problemdir. Yəni yerli məhsulları saxlamaq üçün kifayət qədər infrastruktur yoxdur. İkinci səbəb isə ənənəvi səbəbdir. Yəni ölkədə parakəndə satış kifayət qədər rəqabətli mühitdə fəaliyyət göstərsə də, ölkəyə məhsul gətirən şirkətlərin sayını barmaqla saymaq olar. Bu da xaricdən gətirilən məhsulların çox dar çərçivədəki oyunçular tərəfindən gətirildiyinə və rəqabətli mühitin olmadığına dəlalət edir. Ölkədə rəqabət mühitinin olmaması, ya da çox aşağı olması da qiymət artımında mühüm rol oynayır”.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA