COVID-19-la mübarizədə immun sistemini gücləndirmək üçün düzgün və balanslı qidalanmaq lazımdır.
Aztibb.az xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu qida rasionunda üstünlük verilməli qidaları təqdim edir:
- C vitamini (portağal, naringi, limon, ananas, itburnu, cəfəri, bibər, noxud, pomidor, qarağat, kivi, çiyələk, brokkoli, gül kələmi);
- D vitamini (yağlı balıqlar, göbələk, qaraciyər, pendir, yumurta sarısı);
- E vitamini (günəbaxan tumu və yağı, qarğıdalı yağı, soya yağı, ispanaq, brokkoli, badam, fıstıq);
- A vitamini (treska balığı, yumurta, portağal, ərik, kök, ispanaq, kahı);
- B6 vitamini (tuna balığı, qızıl balıq, mal və toyuq əti, lobya, noxud, gərzəkli meyvələr, banan);
- B12 vitamini (mal əti, tuna balığı, qızıl və ala balıq, qaraciyər, süd, yumurta);
- Sink (mal və quzu əti, qoz-fındıq, paxlalılar, kök, kartof);
- Fol turşusu (lobya, noxud, tərəvəzlər, sitrus meyvələri və onların şirələri);
- Dəmir (quş və mal əti, qaraciyər, dəniz məhsulları, yumurta sarısı, quru ərik və kişmiş, ispanaq, cəfəri);
- Mis (qaraciyər, dəniz məhsulları, kartof, quru meyvələr, qoz-fındıq).