Müğənni Rəvan Qarayev "Hər şey daxil" verilişində qonaq olub.
Axin.az xəbər verir ki, sənətçi aparıcı Tarix Əliyevin (Tolik) sevgi ilə bağlı suallarını cavablandırıb.
Rəvan "2020-ci ildə üçüncü sevgilini tapmaq istəyirsən" sualına "Sevgili istəmirəm, özüm üçün sakit yaşayıram. Qoyun yaşayım" cavabını verib.
Qeyd edək ki, Rəvan iki dəfə ailəli olub və boşanıb. Onun hər nikahdan bir qız övladı var.