Axin Media ofisində Müğənni Dana xanım müxbirimizin suallarını cavablandırdı.
Dana xanım sizi görmək çox xoşdur..Ümidvaram ki yaxşısınız..
-Çox sağolun,şükür yaxşılıqdır..Mən də sizi görməyə çox şadam..
Dana xanım gəlin sizi sevənlərin cavabını bilmək istədiyi müsahibəmizə başlayaq. Buyurun mən sizi dinləyirəm..
Öncəliklə Dana xanım pandemiya dönəmində həyatınızda nələr baş verdi? Bu haqda bizə məlumat verin..
-Maşın üçün pul yığmışdım.Pandemiya dönəmindəki çətinliklərə göre o pulu da xərclədim
Hansı maşından almaq istəyirdiniz?
-Nə bilim vallah..Ayağımı yerdən götürən maşın olsun bəs edər..
Hal hazırda maşınsızsınız?
-Bəli
Bəs istədiyiniz yerə necə gedib gəlirsiniz?
-Bundan əvvəl də maşınım olmadığı üçün taksi ilə gedib gəlirdim.Ona görə də dəyişən bir şey yoxdur.
Taksiylə getdiyiniz zaman sizi tanıyırlar?
-Maska taxdıgım üçün səs tembrimden tanıyırlar..
Taksi sürücüləri sizi tanıdıqlarında gediş haqqında hörmət edirlər mi?
-Onlar hörmət etməyə çalışsalar da mən bunu qebul etmirəm, çünki pandemiyadan əvvəl qazancım yaxşı idi..
Dana Xanım toylardan nə qədər qazanırdınız?
-Bu toydan toya dəyişirdi.Elə vaxt olub ki, toy sahibi pulumu kəsib.
Sizcə toylar yaxın müddət ərzində açılacaq mi?
-Bunun cavabı daha doğrusu Operativ Qərargah bilir..Əsas istəyim xəstəlik tez bir zamanda yaxamızdan əl çəksin..
Bəs toyların bağlanması sizin maddi durumuzunda daha nə kimi çətinliklərə yol açdı?
-Qeyd etdiyim kimi bu pandemiyada men çox çətinliklər yaşadım..Bunlardan biri də ev almaq üçün yığdığım pulu da xərcləmişəm..
Dana xanım bina evi almaq isteyirsiniz yoxsa həyət evi?
-Vallah nə yalan deyim nə ondan var nə bundan..
Yəni tanınmış müğənni Dana hal hazırda kirayədə qalır?
-Bəli..Elədiki var..Ümid edirəm yaxın zamanlarda mənim də öz evim olacaq..
Bəs kirayədə qalmaq çətindir?Aylıq kirayə haqqını necə ödəyirsiniz?
-Bəli əlbəttəki çətindir.Kirayə haqqını isə sosial şəbəkədə olan profilimdə reklam edərək ödəyirəm.
Zənnimcə bu yazını oxuyacaq olan istifadəçilərimizə maraqlıdır..Dana Durdana öz profilində reklamı neçiye yerləşdirir?
-Yalan olmasın bu reklama görə dəyişir.
Dana xanım minimum reklam məbləği ne qədər təyin etmisiniz?
-Daha çox mənə restoranları reklam edirəm və minimum 300 manatdan başlayır..
Son zamanlar sizin paxıllığınızı çəkən həmkarlarınız çoxdur..Sizcə buna səbəb nədi?
-Düşünürəm ki bunun başlıca səbəbi mənim fiquramdır..Həmkarlarım estetik əməliyyati mənə yaraşdırmırlar amma inanin mənə günü bu gün mənə qarşı antikompaniya aparanlari hansisa estetik cərrah pulsuz əməliyyat etdirsə qaça-qaça gedərlər..
Həmkarlarınız sizə qarşı nəinki qısqanclıq keçirir, həmçinin aqressiv yanaşırlar..Bəlkə bilərək həmkarlarinizi qiciqlandiran siz özünüzsünüz?
-Xeyr mən elə düşünmürəm.Gəlin həqiqətləri danışaq pandemiya dönəmində həmkarlarım evdə oturdular ancaq yeməklə məşğul oldular..
Belə çıxır Dana xanim siz özünüz dieta saxlıyırsınız?
-Dieta demek düzgün çıxmaz.Vallah mən özümnən baş aça bilmirəm desəm sizə gülməli gələ bilər amma mən əsəbdən kökəlirəm..
Nədir sizi əsəbləşdirən?
Hal hazırda menim övladım ali tehsil alır mən onun təhsil haqqını ödəyə bilmirəm artıq ciddən çox problemlər yaşıyıram bu da məni həm darıxdırır həm də əsəbləşdirir.
Ümid edirəm hər şey yoluna dusecek..meni bur meqam da maraglandirir Dana xanim bir ara sehneden kenarlasdiz bunun sebebi ne idi?
-Bilirsiniz necedi gundəmdə qalmag ucun mutleq gerek pul xercleyesen ve menim halhazirda ele bir budcəm yoxdur..
Bes sponsorlar sizə dəstək olmur mu?
-Gülür))..vallah bu dəqiqə sponsorların özünə sponsor lazımdır.Hətta dövlətdən onlara maddi yardım olunası durumdadırlar.Adətən sponsorlar bir və bir neçə günlük sponsorluq edirlər.
Dana xanim bayaq vurğuladiğimiz kimi sizin estetik emeliyyatiniz şou biznesdə cox danışıldi bəzi həmkarlar isə hələ də dana xanimin estetik əməliyyat etdirmədiyini deyir deyə şaiyə yayirlar..buna münasibətiniz necədi? Buradan şou biznes əhlinə ne demek isteyirsiniz?
-Mən hər zaman hər yerdə estetik emeliyyat etdirdiyimi demişəm..Öz instagram sehifemde defelerle hekimimi reklam etmişəm,mən onun “Zərgərlik numunəsiyəm”.. Mənə elə gəlir ki, bu gözəlliyi görüb gğzü gğtürməyən şou biznes əhli boş yerə şaiyə yayirlar.Bunların heç birinin dedikləri heqiqeti eks etdirmir.
Çox sagolun Dana xanim vaxt ayirdiğiniz üçün təşəkkür edirik..
Men də size teşekkur edirəm.