Zaur Baxşəliyev insanların bir-birilərinə yaxın təmasından gileylənib.
Axin.az xəbər verir ki, aparıcı "Zaurla Günaydın" verilişində onunla öpüşüb-görüşmək istəyən insanlara öz iradını bildirib: "Kiməsə salam verirsən, bir də görürsən başın uzadır. Birinci dəfə dünən salamlaşmısan ha adamla. İşə gəlirsən, dünən gördüyün adamlardır, bu gün yenə marça-murç öpüşürsən. Niyə axı? Koronavirusu qoyuram bir kənara hələ. Əsas insanın şəxsi gigiyenasıdır".