Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı müşaviri Jalə Mütəllimovanın istefa verməsinin səbəbini açıqlayıb.
Axin.az-ın xəbərinə görə, F.Ağamalı qeyd edib ki, J.Mütəllimova növbədənkənar parlamanet seçkilərində AVP-dən namizəd olub.
Onun seçki prosesinə yanaşma metodu partiyanın tələm prinsiplərinə uyğun gəlmədi. Bizim danışıqlarımız oldu. Bildirdim ki, bu cür yanaşmalar təməl prinsiplərimizə ziddir. Dedim ki, sakit şəkildə Azərbaycan qanunlarına söykənərək seçki prosesində iştirak edin. O da bildirdi ki, bəzi şeylər var ki, ictimailəşdirməliyəm. Dedim, o zaman sizin partiya olmağınız qüvvəsini itirir, seçiminizi edin. O da ərizə yazdı və getdi. Jalə Mütəllimovanın Ana Vətən Partiyasına gəlməsi və getməsi partiya nə üstünlük nə itki verdi...”
Qeyd: J.Mütəllimova AVP sədrinin müşaviri vəzifəsinə 2019-cu ilin dekabrında təyin edilmişdi.