Azərbaycanda və Türkiyədə çox populyar olan, hər kəsin sevərək dinlədiyi, insanlara vətənpərlik ruhu aşılayan “Çırpınırdı Qara dəniz” mahnısı Mehranə Vəliqızının ifasında indi yeni və daha sehrli bir ahənglə lentə alındı. Mehranə Vəliqızı Ucar rayonun Ramal kəndində doğulub. Ali təhsilini Bakı Dövlət Universitetində Filologiya fakültəsi üzrə bitirib. Hal-hazırda bu sahə üzrə Azərbaycan Dövlət Pedaqoji Kollecində elmi-pedoqiji fəaliyyət göstərir. Eyni zamanda Mehranə Vəliqızı Azərbaycan Milli Konseratoriyasında Xanəndəlik üzrə təhsilini davam etdirib. Böyük ustad Mənsum İbrahimovun istedadlı tələbələrindən bir olan Mehranə xanım bu gün muğama, sözə olan bu cür ciddi münasibətilə müqəddəs muğam meydanında öz sözünü deməkdədir.
7-ci Televiziya Muğam Musiqisində, eləcə də bir sıra müsabiqələrdə yaxından iştirak etmiş və sevərək addımladığı bu yolda çoxlu uğurlar qazanmışdır. Qeyd edək ki, gənc sənətçimiz yalnız musiqi sahəsində deyil, eyni zamanda elmi sahədə də öz fəaliyyətini uğurlu bir şəkildə davam etdirir və bir çox elmi məqalələrin müəllifidir.
Bəs Mehranə Vəliqızı üçün musiqi nəyi ifadə edir? Axın.az-a verdiyi müsahibədə o bu sualı belə cavablandırdı: - Mən düşünürəm ki, musiqi insan həyatında çox mühüm rol oynayır. Muğam insanın öz mənəvi dünyasının musiqisidir və insan öz mənəvi dünyası ilə ahəngdə olanda daha gözəl olur.
Mehranə Vəliqızının həmin ifasını sizə təqdim edirik: