axin.az

SON DƏQİQƏ

Arif Babayev Türkiyədə müalicəsini tamamlayaraq Azərbaycana qayıtdı

13-08-2021, 12:53



Türkiyədə bir aylıq müalicə kursu keçən Xalq artisti Arif Babayev Azərbaycana qayıdıb.

Bu barədə “Report”a Xalq artistinin oğlu Yaşar Babayev məlumat verib.

Onun sözlərinə görə, A.Babayev hazırda Qax rayonunda istirahətdədir:

“Həkimlər deyir ki, atamın vəziyyəti əvvəlkinə nisbətən daha yaxşıdır. Yenə də müalicəsi davam etdirilir, dərmanlar qəbul edir”.

Y.Babayev deyib ki, bu müddətdə sənət dostları və tələbələri Xalq artistini tək buraxmayıb, tez-tez onu ziyarətə gəliblər.

Xatırladaq ki, bir müddət əvvəl səhhəti pisləşən Arif Babayev müalicə üçün Türkiyəyə aparılmışdı.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Eylül 2021    »
PtSaÇaPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
DÜNYA