axin.az

SON DƏQİQƏ

“Oskar” mükafatı alan məşhur bakılı rejissor vəfat edib

5-07-2021, 12:49



Tanınmış bakılı rejissor və “Oskar” mükafatı laureatı Vladimir Menşov vəfat edib.

Bu barədə “Mosfilm”in saytında xəbər verilib.

“Tanınmış sovet və Rusiya kinorejissoru, aktyoru, ssenaristi, prodüsseri, “Mosfilm”in idarə heyətinin üzvü 82 yaşında koronavirus infeksiyasının yaratdığı fəsaddan dünyasını dəyişib”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Vladimir Menşov 1939-cu il sentyabrın 17-də Bakıda dünyaya göz açıb. Məktəbin birinci sinfinə də Bakıda gedib.

Vladimir Menşov - Rusiya Federasiyası Kinematoqrafçılar Birliyinin üzvü, RSFSR-in Xalq artisti, Dövlət mükafatı laureatıdır.

O, həmçinin “Moskva göz yaşlarına inanmır” (“Moskva slezam ne verit”) filminə görə “xarici dildə ən yaxşı film” nominasiyası üzrə “Oskar” mükafatına layiq görülüb.


Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
ARXİV
«    Temmuz 2021    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
DÜNYA