Yanınatətilə gəlmiş nəvəsi məhəllə uşaqları ilə birlikdə xizəklə sürüşməyə getmişdi.Dunya nənə bircə andaca canlanmış, şi bişirmiş, perojki üçün xəmir yoğurmuşdu,kompotlar, mürəbbələr çıxartmışdı və arabir pəncərədən boylanırdı, görsün,Qrişa qaçmır ki.
Naharanəvəsi özünü yetirdi, süfrədəkiləri elə yedi ki, sanki süfrəni silib-süpürmüşdün və yenidəngötürüldü – bu dəfə konkilərini də özü ilə götürdü. Dunya qarı yenə tək qaldı. Lakin bu tənhalıqdeyildi. Divanda nəvəsinin köynəyi qalırdı, masa üzərində kitabları, çantasınıelə qapının kandarındaca atılıb qalıb-bir sözlə, heç nə yerində deyil, hər şey alt-üstolub. Evdə yeni bir nəfəsin hərarəti duyulurdu. Qızı və oğlu şəhərdə yurd-yuvaqurmuşdular, buralara nadir hallarda gəlirdilər- ən yaxı halda ildə bircə dəfə.Dunya qarı onlarda elə də çox qonaq olmazdı, gedəndə də axşama evinə qayıdardı.Bir tərəfdən, daxması üçün nigaranqalırdı: nə də olsa, yuvası idi, o biri tərəfdən də...
Ikincisəbəb daha vacibdi: nə müddətdi ki, Dunya qarı təlaş içində yatırdı, yuxudadanışır, hətta qışqırıb fəryad etdiyi vaxtlar da olurdu. Öz daxmasında-özününevində nə qədər qışqırırsan, qışqır, lap dünyanı silkələ. Kim eşidəcəkdi ki! Amma getdiyi yerdə...Elə uzanıb gözləriniyumdularmı, Dunya qarı danışmağa, deyinməyə başlayır, kimisə inandırmaq üçün dəridən-qabıqdançıxır, gecənin bir aləmində kiməsə yalvarır, sonra da: "Xeyirxah insanlar!!!Xilas edin!” deyib fəryad qoparırdı. Şübhəsiz ki, hamı oyanıb Dunya qarıınyanına qaçırdı. Yuxusu da o qədər həyəcanlı idi ki. Adamlar danışır, onu sakitlədirir,valerian verib dağılışırdılar. Bir saat sonra hər şey yenidən başlayırdi: "İsaeşqinə, bağışlayın! Bağışlayın!”- yenə ev əhli dik atılırdı. Əlbəttə ki, hərşeyin səbəbinin qocalıq və elə də xoş keçməyən güzəran olduğunu anlayırdılar. Məharibə,aclıq. Anlamağına anlayırdılar, lakin anlamaqla iş bitmirdi.
Dunayqarı gəldimi, ev əhli o gecəni yuxusuz qalırdı. Onu həkimə aparırdılar, həkimlərdərman yazırdı, amma nə fayda. Heç nə kömək etmirdi. Və beləliklə, Dunya qarıuşaqlarının evinə tədricən az-az getməyə başladı, iki saat avtobusda ləngərvura-vura gedir, kef-əhvallarını soruşub həmən də geri dönürdü. Elə övladlarıda ana evinə yalnız məzuniyyətlərdə, yay tətillərində gedirdilər. Ancaq nəvəsiQrişa bir az böyüdükdən sonra tez-tez getməyə başlamışdı: qış tətillərində,Oktyabr və May bayramlarında gedib nənəsini ziyarət edirdi.
Qışdavə yayda Don çayında balıq ovlayar, göbələk toplayar, konkidə, xizəklə sürüşər,məhəllə uşaqları ilə dostluq edərdi-bir sözlə, darıxmırdı. Dunya qarı bunaşaddı.
İndidə Qrişanın gəlişi ilə o, dərd-sərini unutmuşdu. Günlər hiss olunmadan,qayğılar içində ötüşür, başı qarışırdı. Başını qaldırmağa macal tapmırdı, ammabudur, artıq hava qaralır, pəncərəsində artıq çökməkdə olan axşam görünürdü.Qrişa bir işiq kimi peyda olmuşdu. Eyvanda hay-küy düşər, qırmızıyanaq uşaq özüilə bayırın buz kimi nəfəsini də daxmayadoldurardı. Hələ kandardan da elan edərdi:
-Sabahbalığa gedirik! Körpünün altında yaxşı berş tapmaq olur, həm də lap çox!
-Bu ki, əladır- onun sözləri Dunya qarının xoşunagələrdi-uxa bişirib ləzzətlə yeyərik.
Qrişaşam etdkdən sonra balıq tutmaq üçün lazım olan şeyləri yerbəyer edir, öz əşyalarınıdöşəmənin yarısınacan töküşdürüb yerbəyer edirdi. Dunya qarı isə divanda oturub nəvəsini seyredir, ordan-burdan onu sorğu-suala tuturdu. Nəvə əvvəllər heç boy atmırdı,lakin son iki ildə necə uzanmışdısa, Duya qarı bu uzunayaqlı, iri əlləri olan,bığ yeri tərləməyə başlayan əyripəncənin nəvəsi Qrişa olduğuna özünü gücləinandıra bilmişdi.
-Nənəcan,bax, mən deyirəm, sən də əmin ola bilərsən. Uxa da olacaq, qızartma da. Süpürgətoxumuruq burda. Bil.
-Süpürgəməsələsi doğrudan da çətin məsələdir-Dunya qarı razılaşdı. –Bazarda birini üçmanata verirlər.
Qrişagüldü:
-Mənbalıqdan danışırdım.
-Balıqdan...Mənimdayım da balıq ovuna gedərdi. Avdey dayım. Biz Kartulda yaşayırdıq onda. Məniordan ərə verdilər. Orda elə balıqlar var ki...
Qrişadöşəmədə, qırmaqlar və tələ yemləri arasında oturmuşdu, onun uzun ayaqları divandan çarpayıyacan çatırdı.O, nənəni dinlədi, sonra dedi:
-Hə,neynək, sabah biz də ovlayarıq: uxa üçün də çatar, qızartma üçün də.
Bayırdagönəş çoxdan qürub etmişdi. Göyün üzü hələ uzun zaman çəhrayıya çaldı. Artıq ayda çıxmışdı, bədirlənmiş ay olmasa da, necə aydın, gözəl axşamdı. Yatmağahazırlaşırdılar. Dunya qarı utana-utana dedi:
-Gecələribəzən səs olur. Əgər nə isə eşitsən, oyat məni.
Qrişaəlini yellədi:
-Mən,nənəcan, heç nə eşidib eləmirəm. Ölü kimi yatıram.
-Hə,şükür Tanrıya. Mənqoca sarsağam, hay-küy salıram bəzən. Özümlə bacara bilmirəm.
Ikisidə dərhal yuxuya getdilər-nənə də, nəvə də.
Lakingecənin bir yarısı Qrişa qışqırtı səsinə oyandı:
-Köməkedin! Kömək edin, xeyirxah insanlar!
Yuxulu-yuxuluo, əvvəl heç nə başa düşmədi və Qrişanı qorxu bürüdü.
-Xeyirxahinsanlar! Kartoçkamı itirmişəm! Kartoçkalarım! Göy yaylığa bükmüşdüm onları! Bəlkəkimsə götürüb?-Və susdu.
Qrişaharda olduğunu, nə baş verdiyini yavaş-yavaş dərk etməyə başladı.Fəryad edənDunya qarı idi. Qaranlıqda, səssizlikdənənəsinin ağır-ağır nəfəs alıb verişi necə də aydın eşidilirdi. O, sanki nəfəsinitutub saxlayır, güç toplayırdı. Və yenidən danışmağa başladı, bu dəfəqışqırmırdı:
-Kartoçkalar...Kartoçkalarımharadadır... Göy yaylığa...Adamlar, xeyirxah insanlar...Uşaqlarım...Petyanya,Şurik, Taeçka...Evə gedəcəyəm, onlar yemək istəyəcəklər axı...Çörək ver,anacan... Amma onların anası...-Dunya qarı sarsılmış kimi silkələndi, sonrabağırdı:
-Xeyirxahinsanlar! Qoymayın ölsünlar! Petyanya! Şurik! Taeçka!-uşaqlarının adlarını çəkdiyizaman o, sanki ağrılı, incə bir səslə aöı deyirdi.
Qrişadözmədi, yataqdan qalxaraq nənənin otağına getdi:
-Nənəcan!Nəncan!-o, səslədi.-Oyan...
O,oyandı, mızıldandı:
-Qrişa,sənsən? Oyandırdım səni. İsa eşqinə, məni bağışla.
-Yox,nənə, sən ürəyinin üstündə uzanmısan, o biri böyrün üstə.
-Ürəyinin,ürəyinin...-Dunya qarı itaətlə razılaşdı.
-Ürəyinüstünə uzanmaq olmaz. Sağ böyrün üstə uzan.
-Uzanaram,uzanaram...
O,özünü o qədər günahkar hiss edirdi ki. Qrişa öz otağına qayıtdı, yatağa uzandı.Dunya qarı qurcuxur, ah çəkirdi. Yuxusunda gördüyü hər nə idisə, yaxasınırahatlıqla buraxmadığı görünürdü. Nəvə də yata bilmirdi, eləcə uzanmışdı.Kartoçkalar barəsində bilirdi. Çörək o kartoçkalarla verilirdi. Çoxdan, müharibəvaxtı, elə sonralar da. Nənənin haqqında danışdığ Petyanya isə onun atası idi.
Ayınyarımçıq aydınlığında şkaf və etajerlər sezilirdi. Qrişa səhər haqda, balıq ovuhaqda düşünərək mürgüləməyə başlamışdı ki, yenidən nənənin deyintilərinieşitdi:
-Qışqapının ağzındadı... Palıd qozası yığmalıyam...Qarınlarını doyurmaqlazımdır...Balalarım, uşaqlarım...-Dunya qarı deyinirdi.-çörək çatışmır, mədələrimizibirtəhər yola verərik. Almayın, İsa eşqinə, götürməyin!-O, qışqırdı.-Heçolmasa, kisələri verin! Kisələri!-və hönkürtülərinin səsi fəryadını boğdu.
Qrişayataqdan sıçradı:
-Nənəcan!Nənəcan!-o, qışqırdı və mətbəxin işığını yandırdı.-Nənəcan, oyan!
Dunyaqarı oyandı. Qrişa onun üzərinə əyildi. Elektrik lampasının aydınlığında nənəninyanaqlarındakı yaşlar parıldayırdı.
-Nənəcan...-Qriçatəəssüf hisilə ah çəkdi.-Sən həqiqətən ağlayırsan? Bu ki, yuxudur.
-Ağlayıram,çünki mən qoca sərsəməm. Yuxuda, yuxuda...
-Bəsgöz yaşların niyə gerçəkdir? Axı yuxu-həqiqət deyil. Budur, sən artıq oyaqsan,vəssalam.
-hə,mən axı indi oyağam. Orda-yuxuda isə...
-Yuxudanə görürdün ki?
-Yuxuda?Əşi, yaxşı şey deyildi. Guya palıd qozası üçün Dona, dağa getmişəm. Iki kisətoplaya bilmişəm. Bərədə meşəbəyi də əlimdən almaq istəyir. Guya ki, olmaz. Kisələridə vermir.
-Palıdqozası nəyinə gərək idi bəs?
-Yeməyə.Bİz onları təmizləyir, bir az un əlavə edir və çureklər bişirib yeyirdik.
-Nənəcan,bunu sən yalnız yuxularda görürsən, yoxsa bu həqiqətən baş verib?-Qrişasoruşdu.
-Yuxudagörürəm.-nənə cavab verdi.-Həm yuxuda görürəm, həm də baş verib. Allah bir dəgöstərməsin...Allah göstərməsin... Hə, uzan, get uzan...
Qrişagetdi, ya möhkəm yuxu onu apardı, ya da ki, Dunya qarı daha qışqırmadı, yəni səhəringec saatına kimi o, heç nə eşitmədi. Səhər vəd etdiyi kimi balığa getdi, vədetdiyi kimi də beş yaxşı berş balığı ovladı-həm uxa üçün, həm də qızartma üçün.
Naharzamanı Dunya qarı yenə də gileyləndi:
-Səniyatmağa qoymuram...Deyəsən iki dəfə hay-küy salmışam. Qocalıq...
-Nənəcan,ürəyinə salma,-Qrişa onu sakitləşdirdi-Yuxumu alaram mən, yaşımın elə vaxtıdırki...
O,nahar etdi və dərhal yığışmağa başladı. Xizəkçi kostyumunu geyindiyi zaman boyubir az da uca göründü. O, həm də yaraşıqlı idi, xizəkçi papağında, suyuşirin, hələuşaqlığını itirməmiş qarayanız, çəhrayı yanaqlı bir siması vardı. Dunya nənəonun yanında lap qoca görünürdü:beli tamamən bükülmüşdü, bədəni ləngər vururdu,bəyaz saçlı başı əsirdi, gözlərində isə başqa aləmlərə xas nə isə sezilirdi.Qrişa onun yarıqaranlıq otaqda gördüyü göz yaşları içindəki üzünü ani olaraq, lakin dəqiqliklə xatırladı. Bu xatirəonun ürəyini sanki dəlib keçdi. O, getməyə tələsdi.
Dostlarıhəyətdə gözləyirdilər. Yaxınlıqda çöllük vardı. Bir az uzaqda yamyaşıl şam pöhrələrigürünməkdə idi. Orada xizək sürmək necə də yaxşı idi. Qətranın qoxusu insanıcanlandıran soyuqla bərabər qana işləyirdi və sanki itaətkar bədəni xizəklərinburaxdıqları izin üzərinə qaldırırdı.Sanki qanad çalırmış kimi rahatlıqla sürüşürdülər. Şam ağaclarının ardından qumkurqanları ucalırdı-bunlar qırmızı kol söyüdlərlə örtülmüş kuçuqurlardı*. Onlar çala-çotur çığırlarlaDona qədər getdilər. Oraya, başı qarlı yüksək donətrafı təpəliklərə də getməyəcan atırdılar. Sərt rüzgarların gözdən yaş çıxartdığı azacıq oturmuş kimi uçarcasına sürüşdükləri,qıyılmış gözlərlə qarşıdakı hər təpəciyə,hər çalaya diqqət kəsildikləri, bədənlərinin o uçuşun əsintilərilə bütünlüklə tir-tirtitrədiyi dik təpələr onları özünə çəkirdi. Və nəhayət, qrşılarındakı çayın hamar süfrə kimi açılmış, donmuş səthilə güllə kimi uçmaq vəasudə nəfəs alıb, bütünqorxuları içindən ataraq sürüşə-sürüşə Donun ta ortasına qədər sakitcə getmək.
Bugecə Qrişa Dunya qarının fəryad səslərini eşitmədi, hərçənd səhər oyandığızaman onun rahat yatmadığı sifətindən bəlli idi.
-Sənioyatmamışam? Nə yaxşı, şükür Tanrıya...
Dahabir gün, sonra bir başqa gün də keçdi. Sonra bir dəfə necə oldusa, o, zəngvurmaq üçün şəhərə getməli oldu. Söhbət əsnasında anası soruşdu:
-Bəsnənən sənə yatmağa imkan verir?-Və məsləhət verdi.-O, danışmağa laxşamdanbaşlayacaq,o zaman sən: "Səsini kəs!” deyib qışqır. Elədə susur. Biz sınamışıq.
Geriqayıdan zaman nənəsi haqda düşünürdü. Indi, kənardan o nə qədər zavallı, yalqızgörünürdü. Hlə göz yaşları ilə dolu gecələr, onlar sanki bir cəza idi. Atakeçmiş illəri xatırlayırdı. Lakin o illər onun üçün artıq geridə qalmışdı. Nənəüçün isə yox. Həm də qəlbində necə böyük bir ağırlıqla gözləyirgecəni. Insanlarhamısı acı günlər yaşayıblar, amma ki, unudublar. Nənənin həyatındakı acılar isə hər dəfə yenidən təkrarlanır. Necə kömək etməli?
Axşamdüşürdü. Günəş sahilyanı təpəciklərn ardına gizlənirdi. Donun o üzündə çəhrayı qırçınlardüşmüşdü, sahil boyu uzaqlarda isə seyrək meşə bəzəkli qaraltı kimi sezilirdi.Qəsəbədə sakitlikdi, yalnız kirşələrdə sürüşən körpə uşaq gülüşürdülər. Nənəsihaqda düşünmək çətin gəlirdi. Ona nə cür kömək eləsin? Ana necə məsləhətgörmüşdü? Deyirdi ki, kömək eləyir. Tamamilə mümkündür. Axı bu,psixikadır. əmredəcəksən, üstünə qışqıracaqsan-səsini kəsəcək. Qrişa talasmadan gedir,gedirdi, düşüncələri əsnasında qəlbində nələrinsə isinərək əridiyini, nələrinsəsürəkli içərini yandırdığını hiss edirdi. Şam yeməyi zamanı, sonra isə kitabarxasında keçənbütün axşamı-hətta televizor qarşısında oturarkən belə- o, eləhey nənəyə baxır və düşünürdü: "Bircə yatıb qalmayaydım”.
Şametdikdən sonra yuxu tutmasın deyə,tünd çay içdi. Sonra birini də içdi və özünü yuxusuz keçirəcəyigecəyə hazırladı. Və gecə düşdü. Işıqları söndürdülər. Qrişa uzanmadı, məlumzamanı gözləyərəkyataqda eləcə oturdu. Pəncərədə ay işıq saçırdı. Qar ağarırdı.Tövlələrin siluetləri qaralırdı. Dunya qarı tezliklə yuxuya getdi, xoruldamağabaşladı. Qrişa gözləyirdi. Və nəhayət, nənənin otağından ə anlaşılmaz mızıltı səslərigələndə o, ayağa qalxdı və oraya getdi. Mətbəxin işığını yandırdı, çarpayınınyanında dayandı- qeyri-iradi bir titrəmənin bütün bədənini bürüdüyünü hissedirdi.
-İtirmişəm...Yoxdur,kartoçkalar yoxdur...-Dunya qarı hələlik lap alçaqdadeyinirdi.-kartoçkalarım...Hardadır...Kartoçkalarım...-Və gözlərdən yaşlarbir-birinin ardınca süzülürdü.
Qrişaucadan bağırsın deyə, dərindən nəfəs aldı, hətta döşəməyə vurmaq üçün ayağınıda yuxarı qaldırdı.
-Çörək...Kartoçkalarım...-ağırəzablar içində, gözlərində yaşlarla Dunya qarı danışırdı.
Oğlanınürəyi mərhəmət və ağrı ilə doldu. Düşündüklərini unudaraq o, çarpayının önündədiz çökərək oturdu və mülayim, yumşaq səslə nənəni inandırmağa başladı(:
-Budursizin kartoşkalar, nənəcan... Göy yaylığa bükülmüşdü, elədir? Sizinkilərgöyyaylığamı bükülmüşdü? Bunlar sizindir, əlinizdən salmısınız. Mən isə onlarıyerdən qaldırdım. Budur, görürsünüzmü, götürün,-o, inadla təkrar edirdi.-Hamısıburdadır, götürün...
Dunyaqarı susdu. Görünür orda, yuxuda deyilənlərin hamısını eşitmişdi, anlamışdı.Sözlər o dəqiqə gəlmədi. Amma gəldilər:
-Mənimkilərdir,mənimdir...Mənim yaylığımdır göy yaylıq. Adamlar da deyər. Mənimkartoçkalarımdır, salmışam. İsa köməyin olsun, xet=yirxah adam...
Səsindənonun indicə ağlayacağını Qrişa hiss etmişdi.
-Ağlamaqlazım deyil.-o, ucadan dedi. Kartoçkalar hamısı ordadır. Axı niyə dəağlayasınız? Çörəyinizi götürüb uşaqlara aparın. Aparı, şam edin və uzanıbyatın,-o, sanki əmr edərcəsinə danışırdı.-Rahat yatınş yatın.
Dunyaqarı susdu.
Qrişagözlədi, nənənin aramla nəfəs aldığını gördükdən sonra ayağa qalxdı. O,üşütmüşdü. Soyuq sanki sümüklərinədək işləmişdi. Qızınmaq da mümkün deyildi.Soba hələ isti idi. O, sobanın yanında oturdu və ağlamağa başladı. Gözlərindənyaşlar axdıqca axırdı. O yaşlar onun qəlbindən süzülüb gəlirdi, çünki qəlbi dədunya qarının, daha kimlərinsə halına yanaraq ağrıyır və ağlayırdı... O,yatırdı, lakin qəribə bir şəkildə huşa getmişdi, sanki başqa, uzaq illərdə, özgəömürdə idi, və orda, o ömürdə o qədəracı, elə bir bədbəxtlik və kədər görürdü ki, ağlamamaq mümkün deyildi. Və oağlayır, gözlərindən axan yaşları yumruqları ilə silirdi. Amma elə ki, Dunyaqarı dinməyə başladı, o hər şeyi bir andaca unutdu. Beyni aydınlandı və bədəninintitrəməsi keçib getdi. Dunya qarıya tam zamanında yaxınlaşdı:
-Sənədvar, bəli, var...budur...-nənə titrəyən səslə deyirdi.-hospitala-ərimin yanınagedirəm. Bayırda da gecədir. Buraxın, gecələyim.
Qrişad=sanki qaranlıq küçəni, o zülmət gecədəki qadını görmüş kimi idi və qapını onaaçdı.
-Əlbəttə,buraxarıq. Keçin, buyurun. Keçin. Sənəd lazım deyil.
-Sənədimvar!-Dünya qarı qışqırdı.
Qrişabaşa düşdü ki sənədləri onlan almaq gərəkdir.
-Yaxşı,verin bura. Belə...Aydındır. Çox yaxşı sənəddir. Düzgündür. Fotolu, möhürlü.
-Düzgün...-Dunyaqarı yüngülləşdi, rahatlıqla nəfəs aldı.
-Hərşey düz gəlir. Keçin.
-Mənelə döşəmədəcə yataram. Səhərə kimi. Gözləməliyəm.
-Döşəmə-filanyoxdur. Budur, çarpayı burdadır. Rahatca yatın. Yatın. Böyrü üstə uzanın,yatın.
Dunyaqarı itaətlə sağ böyrü üstə çevrildi, əlini yastığın arasına qoydu və yuxuyagetdi. Səhərə kimi yatdı. Qrişa onun yanında oturdu, sonra qalxıb mətbəxinişığını söndürdü. Göydə çəpinə asıla qalmış ay pəncərədən boylanırdı. Qar sankicanlı imiş kimi ağarır, qığılcımları andıran bir parıltı ilə işıldayırdı. Qrişabütün bunları sabah nənəyə necə nağıl edəcəyi düşüncəsindən həzz alaraq yatağauzandı,onlar birlikdə... lakin birdən bir fikrin aydınlığı onu qarsaladı:danışmaq olmaz. O, aydınca başa düşürdü-nəinki bir kəlmə, hətta bir eyham beləolmaz. Bu onunla qalmalı, onunla birgə də ölməlidir. Etmək və susmaq lazımdır.Sabahkı gecə də, ondan sonra gələn bütün gecələrdə də. Etmək və susmaqlazımdır. Yara bitişəcəkdir.